Bakıda tuneldə içi adam dolu 2 avtomobil toqquşub. Bu haqda BakuPlus.az bu gün, 10 may tarixində xəbər verir.
Səhər saatlarında Moskva prospektində Sumqayıtdan 20 Yanvar istiqamətində “Tofaş” və “Khazar” markalı minik avtomobilləri toqquşub.
Şahidlərin sözlərinə əsasən, hadisə “Tofaş”-ın sürücüsünün diqqətinin yayınması səbəbindən baş verib. Sürücünün Sumqayıt sakini olduğu bildirilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Avtomobillərə ziyan dəyib.
