Bakının bu hissələrində qazın verilişində fasilə olacaq. Bu haqda BakuPlus.az bu gün, 11 may tarixində xəbər verir.

“Qaz İxrac” İdarəsinə məxsus 720 mm-lik diametri olan “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli magistral qaz kəmərinin 5-ci km-dən ayrılan “Novxanı qolu” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə, 12.05.2022-ci il tarixində saat 09:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Təmir aparılan müddətdə Binəqədi rayonu üzrə Binəqədi kəndinin, Gülüstan yaşayış massivinin və Mədən ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Təmir işlərinin günün 1-ci yarısında yekunlaşdırılması və qaz təchizatının bərpası planlaşdırılır.