Bakıda Beynəlxalq Muzeylər Günü qeyd olunacaq. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 13 may tarixində xəbər verir.
Hər il mayın 18-i dünya ölkələrində bayram kimi qeyd olunan gündə tədbir baş tutacaq. Tədbir “Muzeylərin gücü” devizi altında keçiriləcək.
Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 14-də Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin və “Dəniz Mall”-un təşkilatçılığı ilə “Klassik musiqi fləş-mobu” həyata keçiriləcək.
Fləş-mob insanlara pulsuz şəkildə klassik musiqi dinləməyə imkan verəcək və günün sonrakı saatları üçün onların əhvali-ruhiyyəsini yüksəldəcək.
Tədbirdə Prezident təqaüdçüləri, beynəlxalq müsabiqələr laureatları Üzeyir Hacıbəylinin “Arazbarı”, Corc Gerşvinin “An American in Paris” əsərlərini ifa edəcəklər.