Bakıda “Pəncərə” adlı satış sərgisi keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 14 may tarixində xəbər verir.
14-17 may tarixlərində rəssam Şəbnəm Karacanın “Pəncərə” adlı sərgisi təşkil olunacaq.
Müəllif hesab edir ki, yaşananlar mücərrəd və möcüzədir. Pəncərə isə diqqətinizi bir yerə cəmləməyə kömək edir. Fikrinizi bir yerə topladıqdan sonra “pəncərədən” çıxaraq obyektə və ya mövzuya istədiyiniz şəkildə fantaziyalarınızı əlavə edə bilərsiniz.
Sərgi fəaliyyət göstərdiyi müddətdə saat 12:00-dan 20:00-a qədər açıq olacaq.
Satış sərgisi İstiqlaliyyət 47 ünvanında, mansardda keçiriləcək.