Bakının Şamaxinka ərazisində pul qazandıran yeni oyun açılıb. Bu haqda 13 may tarixində Bakuplus.az-a məlumat daxil olub.
Oyun açıq havada quraşdırılıb və bəxtini sınamaq istəyənlər 50 qəpik ödəməklə iştirak edə bilər. Şərtlər isə çox asandır: yerdə yerləşən taxta lövhənin üzərində müxtəlif hədiyyələr yerləşdirilir (siqaret, ətirlər və s.), iştirakçı isə 2 metr məsafədən istədiyi mükafatın üzərinə halqalar atır. Halqa hansının üzərinə düşsə, oyunçu həmin hədiyyəni qazanır. Halqanın biri 50 qəpikdir.
Oyun sakinlər arasında ajiotaj və maraq yaradıb.