TARİXİ XƏBƏRLƏR

Çimərlik mövsümündə xilasedici kimi işləmək istəyənlərin nəzərinə

Envato

Fövqəladə Hallar Nazirliyi matros-xilasedici üzrə vakansiya elan edir. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az quruma istinadən xəbər verir.

Çimərlik mövsümü ərzində FHN-də müqavilə əsasında işləmək imkanı yaradılıb.

Vakansiyaya müraciət etmək istəyənlər 18-40 yaş arasında, Azərbaycan dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmətdə olmalıdırlar.

Uyğun olan şəxslər aşağıdakı sənədləri toplayaraq qeyd olunan ünvana təqdim etməlidirlər:

  • Şəxsiyyət vəsiqəsi;
  • Əmək kitabçası (olanlar üçün);
  • Tam orta təhsil və ya orta ixtisas təhsili haqqında sənəd;
  • Sağlamlıq haqqında arayış (qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsindən);
  • 3×4 ölçüdə qırmızı fonda 2 ədəd fotoşəkil.

Namizədlər 16 may 2022-ci il tarixindən etibarən iş günləri, saat 10:00-17:00 arası Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev, 26 ünvanında yerləşən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə sənədlərlə birgə yaxınlaşa bilərlər.

Əlaqə nömrələri: (012) 512 17 26, (012) 512 17 35.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR