Bakı-Quba yolunda təmir işləri bir-iki ay ərzində başa çatacaq. Bu haqda Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün, 13 may tarixində keçirilən iclasında məlumat verib.
Deputat, həmçinin bildirib ki, əsas təmir işlərinə mayın 1-dən başlanılıb.
Daha öncə məlum olub ki, təmir-bərpa işləri yolun 88-ci kilometrindən başlayaraq paytaxt istiqamətində hissə-hissə aparılır. Yenidənqurma işləri olunan hissədə hərəkət tam məhdudlaşdırılır. Həmin ərazidə əks istiqamətdə olan yolda ikitərəfli hərəkət təmin edilir.