TARİXİ XƏBƏRLƏR

Paytaxtda kişi özünü körpüdən atmaq istəyib

Foto açıq mənbədən

Bakının Yasamal rayonu ərazisində, “20 Yanvar” dairəsindəki körpüdə intihara cəhd hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 13 may tarixində Oxu.az məlumat verib.

Bakı şəhər sakini 31 yaşlı Edqar Qarayev körpünün üzərinə çıxaraq özünü oradan atmaq istəyib. Yaxınlığında olan polis əməkdaşları və ətrafdakılar onu xilas etmək üçün yaxınlaşanda, Qarayev ülgüclə bədənini doğramağa başlayıb.

Bu əməllərə baxmayaraq, polislər onu fikrindən daşıdırıblar. Kişi xəstəxanaya çatdırılıb.

Hazırda onu intihara sövq edən səbəb məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR