TARİXİ XƏBƏRLƏR

Xətai rayonunda yerləşən yarımçıq tikili sakinlər üçün təhlükə mənbəyinə çevrilib

Foto AzTV-nin rəsmi Youtube kanalı

Xətai rayonunda yarımçıq tikili zibilxanaya dönüb. Bu haqda 13 may tarixində Bakuplus.az Aztv-yə istinadən məlumat verir.

Əhmədli qəsəbəsi, Şıxlinski küçəsində yerləşən yarımçıq tikilmiş bina 14 ildir ki, sakinlər tərəfindən məişət tullantıları yerinə çevrilib.

“Bura zibil ilə doludur, və bu zibili kimsə yandırır. Bizim evimiz bu evə yaxın yerləşir və siz təsəvvür edin ki, biz bu hava ilə nəfəs alırıq”, – deyə sakinlərdən biri şikayətini bildirib.

Həmin ərazi məişət sularının, məişət tullantılarının, həmçinin tüfəyli həyat sürənlərin məskəninə çevrilib. Həmçinin binada şaxta üçün nəzərdə tutulan boşluq insanlar üçün təhlükə saçır. Bundan əlavə, yarımçıq tikili uşaqların təlim-tərbiyə aldığı bağcaya olduqca yaxın məsafədə yerləşir.

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətindən bildirildi ki, ərazinin təmizlənməsi işlərinə başlanılıb. Təhlükə yaradan yarımçıq tikilinin nümayəndəsi də problemin yaxın günlərdə həll olunacağını bildirib.

“Müraciət olunduqdan sonra dərhal həmin əraziyə baxış keçirilib. Və ərazidə vətəndaşları narahat edən məsələlərin aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsi üçün smetalar hazırlanıb. Bir neçə gün ərzində həmin problemlər aradan qaldırılacaq”, – deyə tikinti şirkətinin mühəndisi Adil Vahabov açıqlama verib.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR