Azərbaycan rəssamı Ucal Haqverdiyevin “Mövcudluqda ünsiyyət” adlı retrospektiv sərgisinin açılışı olacaq. Bu haqda 14 may tarixində Bakuplus.az məlumat verir.
Sərginin açılışı 26 may tarixində saat 19:00-da XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində baş tutacaq. Sərgidə fərdi və ictimai kolleksiyalardan toplanmış ekspozisiya, 300-ə yaxın rəngkarlıq və qrafika əsərləri, eskizlər, albom qaralamaları, şeirlər, şəxsi əşyalar nümayiş olunacaq. Əsərlərin əksəriyyəti geniş ictimaiyyətə ilk dəfə təqdim olunacaq.
Muzeyə giriş ödənişsiz olacaq, lakin COVID-19 pasportu tələb olunacaq.