Bakıda İran vətəndaşını avtomobil vurub. Bu haqda 14 may tarixində Report məlumat verib.
Nizami rayonunda yolu keçən 44 yaşlı Daniyal Xosrovifarı “Hyundai” markalı avtomobil vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.