Paytaxtın Sabunçu rayonunun müxtəlif yerlərində piyadanı avtomobil vurub. Bu haqda bu gün, 14 may tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Pirşağı qəsəbəsində 31 yaşlı Nicat Həmzəyevi, Bakıxanov qəsəbəsində isə 63 yaşlı Hüseyn Hüseynovu avtomobil vurub.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır. Araşdırmalar davam edir.