Bakıda avtomobil qəzaya uğrayıb. Bu haqda 14 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Xətai rayonu, 8 Noyabr prospektində “KIA” markalı avtomobilin qarşısına qəfil maşın çıxıb və sürücü idarəetməni itirib. Nəqliyyat vasitəsi əvvəlcə yolayrıcı beton maneəyə, daha sonra isə işıq dirəyinə çırpılıb. Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb.
Faktla bağlı araşdırma aparılır.



