Bakının küçələrində bahalı dövlət nömrə nişanlı “Zaporojets” markalı avtomobil görüntülənib. Bu haqda məlumat bu gün, 16 may tarixində sosial şəbəkələrdə yayılıb.
Yayılan videogörüntülərdə avtomobilin 77-MY-777 dövlət qeydiyyat nişanı müzakirələrə səbəb olub. Patrul.az -dan verilən məlumata əsasən, həmin avtomobilin 300 manata, onun üzərindəki nişanın isə 100.000 manata satıldığı bildirilir.