Paytaxtın Binəqədi rayonunda yerləşən 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində pul mənimsəmə faktı aşkarlanıb. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Sözügedən şöbənin sabiq müdiri Gülnarə Xəlilova 5 ay ərzində xəzinədən 24.150 manat mənimsəməkdə ittiham olunur.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.