TARİXİ XƏBƏRLƏR

Bakıda Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək

Foto ETSN-in rəsmi saytı

Bakıda ictimai dinləmə keçiriləcək. Bu haqda BakuPlus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bu gün, 17 may tarixində xəbər verir.

Dövlət Ekoloji Ekspertiza Agentliyində keçiriləcək dinləmə mayın 20-də saat 15:00-da baş tutacaq.

Tədbir sosial-infrastruktur və abadlıq işləri ilə bağlı tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi və müvafiq rəyin verilməsi haqqında ictimaiyyətin məlumatlandırılması məqsədilə təşkil olunur.

Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, ekspert-mütəxəssislərin iştirakı ilə keçiriləcək ictimai dinləmədə agentliyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinləniləcək.

İctimai dinləmədə iştirak etmək istəyənlər Heydər Əliyev prospekti 10 ünvanında yerləşən Dövlət Ekoloji Ekspertiza Agentliyinə gələ bilərlər.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR