Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni xidmətə start verib. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Nazirliyin tabeliyində olan Ekspertiza və Reabilitasiya Agentliyinin “Reabilitasiya avtobusu” adlı xidməti fəaliyyətə başlayıb.
Avtobus 20 Yanvar dairəsi, eləcə də Sumqayıt şəhəri və Masazır qəsəbəsində əvvəlcədən təyin olunmuş gözləmə məntəqələrindən uşaqları götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdıracaq.
İlkin mərhələdə xidmət həftədə iki dəfə təşkil ediləcək.