TARİXİ XƏBƏRLƏR

Bakıda 2 avtomobil 300 manat – 8 ballıq qayda pozdu

Foto Avtosfer.az saytı

Paytaxtın Sabunçu rayonu, Zabrat yolunda 2 avtomobil ciddi qayda pozuntusu edib. Bu haqda BakuPlus.az Avtosfer.az-a istinadən bu gün, 18 may tarixində xəbər verir.

“Mercedes-Benz” markalı,10-VC-858 və “Toyota Prius” markalı, 99-TJ-382 dövlət nömrə nişanlı avtomobillərin etdikləri qayda pozuntuları qeydiyyat kamerasında görüntülənib.

Onlar qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxıb. Piyadalara yol verməyən sürücülər onlar üçün ciddi təhlükə yaradıb.

Qayda pozuntularına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, hər bir sürücüyə əks istiqamətə çıxmağa görə 100 manat və 4 bal, piyada keçidində qayda pozduqlarına görə 50 manat cərimə tətbiq olunmalıdır.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR