Bu gün Bakıda IV “SHE Congress” – beynəlxalq qadınlar konqresi keçirilib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 18 may tarixində xəbər verir.
Tədbirdə Azərbaycan və digər ölkələrdən 300-dən çox qadın iş adamı bir araya gəlib.
Konqresdə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı nümayəndə heyətinin rəhbəri çıxış edərək qadın iş adamlarının sayının artdığını və onların milli iqtisadiyyatda mühüm rol oynadığı haqda danışıb.







