TARİXİ XƏBƏRLƏR

Nərimanov rayonunda məktəblilər arasında daha bir müsabiqəyə start verilir

Foto Azərtac.az saytı

Bakıda məktəblilər arasında “O səs məktəblilər” adlı mahnı müsabiqəsinə start verilir. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 18 may tarixində xəbər verir.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən müsabiqədə dörd münsif öz komandasına şagirdləri cəlb edəcək və güclü bir komanda yaradacaq. Sonda Nərimanov rayon məktəbləri üzrə ən yaxşı səsə malik olan şagird məlum olacaq.

Eyni zamanda, müsabiqə şagirdlərin sosial-ictimai həyatda qazandıqları uğurlardan biri olacaq.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər ad, soyad, təvəllüd, oxuduğu sinfi, əlaqə nömrəsi və ifa edəcək mahnının adını may ayının 26-da Nərimanov Rayon Gənclər və İdman İdarəsinin email ünvanına göndərməlidirlər.

Seçim mərhələsi mayın 27-dən iyunun 7-dək, yarımfinal və final mərhələsi isə iyunun 11-12-də keçiriləcək.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR