Xətai rayonunda keçirilən “Coca-Cola Məktəbli Kuboku” yekunlaşıb. Bu haqda BakuPlus.az bu gün, 18 may tarixində xəbər verir.
AFFA tərəfindən təşkil olunan “Coca-Cola Məktəbli Kuboku”nun Xətai rayonu üzrə final oyunu keçirilib.
Final qarşılaşmasında 260 saylı orta məktəbin komandası ilə 56 saylı orta məktəbin kollektivi üz-üzə gəliblər.
Rəqibini 5:3 hesabı ilə məğlub edən 260 saylı orta məktəbin komandası Xətai rayonu üzrə turnirin qalibi olmaqla yanaşı, rayonu Bakı şəhər mərhələsində təmsil etmək hüququnu qazanıb.