Yenilənmə:
Ekologiya Nazirliyindən verilən məlumata əsasən, sözügedən ərazidə ağacların kəsilməsi qanunsuzdur.
Faktla bağlı akt tərtib olunub və şirkət rəhbəri barəsində qanunamüvafiq tədbirlər görülür.
Paytaxtın Yasamal rayonu, İsmayıl bət Qutqaşınlı küçəsində tikintiyə görə ağaclar kəsilib. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Uşaq Nevroloji Xəstəxanasının yanında yeni yaşayış binası tikiləcəyinə görə ərazidə qazıntı işləri aparılır. Sakinlərin sözlərinə görə, bu səbəbdən də oradakı bütün ağaclar kəsilir.
“Təəssüflər olsun ki, ağacların kökünü zədələyərək çıxarırlar və qol-budaqlarını qırırlar. Bunların əksəriyyəti meyvə ağaclarıdır”, – deyə onlar narazılıqlarını bildirirlər.
Tikintini aparan “Etibar İnşaat – K” MMC-dən bildirilib ki, ağaclar başqa əraziyə köçürülür və bütün işləri müvafiq sənədləşməyə uyğun aparılır.
“Burada yerləşən ağaclar yeni tinglərin əkilməsi şərti ilə ərazidən köçürülüb”, – deyə şirkət nümayəndəsi əlavə edib.
Ekologiya Nazirliyindən isə məsələ ilə bağlı araşdırmaya başlandığı qeyd edilib.







