Bakıda özünü aparıcı kimi sınamaq istəyən gənclər üçün təlim keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 19 may tarixində xəbər verir.
Mərkəzdə həftənin 7 günü, gündəlik keçirilən fəaliyyət və tədbirlərdə müxbir kimi iştirak etmək istəyənlər 30 may tarixinədək müraciət edə bilər.
Aparıcı kimi sınaq müddətini başa vurduqdan sonra fəxri diplom əldə edəcəksiniz.
Tələblər:
- Azərbaycan dilində səlis danışıq;
- Kamera önündə komplekssiz olmalı;
- İmprovizə qabiliyyətinə malik olmalı;
- Verilən mətnə uyğun fikrini səlis və düzgün ifadə etməli;
- Yaşı 18-29 arası olmalı;
- Yüklədiyiniz fotolar tam filtrsiz və keyfiyyətli olmalıdır.
Qeydiyyat üçün tam boy 1 ədəd, yaxından 1 ədəd fotoşəkillərinizi və haqqınızda məlumatı mərkəzin İnstagram səhifəsindəki mesaj bölümünə göndərə bilərsiniz.
Qeyd edək ki, aparıcı kimi könüllülük əsasında fəaliyyət göstərəcəksiniz.