TARİXİ XƏBƏRLƏR

Bakıda “gəzən heykəl”ə şillə vuran şəxs axtarılır

Foto Lent.az saytı

Bakıda Nigar Rəfibəyli küçəsində “canlı heykəl”i vuran şəxs axtarışa verilib. Bu barədə bu gün, 19 may tarixində Lent.az “gəzən heykəl”i canlandıran Pərviz Abdullayeva istinadən məlumat verib.

Abdullayevin sözlərinə görə, hadisə mayın 15-də baş verib.

“Həmişə olduğu kimi, şəhərin mərkəzi küçəsində çıxış edirdim. Anidən bir kişi gəldi, vurdu və getdi. Heç bir reaksiya vermədim. Eləcə işimə davam etdim. Polisə müraciət etmişəm. Adam axtarışdadır. Sərxoş olub-olmadığı bəlli deyil. Kimliyi barədə də heç bir məlumat yoxdur”, – deyə aktyor bildirib.

Hadisənin sosial şəbəkələrdə yayılan görüntüləri ictimaiyyətin geniş etirazına səbəb olub. Videoda orta yaşlı kişi “canlı heykəl” kimi insanlar qarşısında pantomim edən gənc aktyora şillə vurub.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR