TARİXİ XƏBƏRLƏR

Bakıda jurnalistlər üçün təlim keçirilir

Foto Report.az saytı

Bakıda jurnalistlər üçün “Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirilir. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 19 may tarixində xəbər verir.

Təlim Ədliyyə Nazirliyinin, Medianın İnkişafı Agentliyinin və Azərbaycan Hakimlər Assosiasiyaları İttifaqının təşkilatçılığı ilə həyata keçirilir.

Tədbirdə Ədliyyə Nazirliyi İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli, Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiyasının) İdarə Heyətinin sədri Ələddin Cəfərov və digər şəxslər də çıxış ediblər.

Təlimdə Azərbaycan məhkəmələri tarixini əks etdirən videoslayd nümayiş etdirilib.

 

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR