TARİXİ XƏBƏRLƏR

Bakıda məktəbdə 14 yaşlı şagird bıçaqlanıb

Foto açıq mənbədən

Bakının Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 19 may tarixində Qafqazinfo məlumat verib.

15 yaşlı məktəb şagirdi münaqişə zamanı 14 yaşlı digər şagirdi bıçaqlayıb. Qol və bud nahiyəsindən xəsarət alan yeniyetmə xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR