TARİXİ XƏBƏRLƏR

Bakıda neftin təsiri altında yaradılan yanğınsöndürən cihazı

Foto Bakuplus.az

Rusiyalı kimyaçı Aleksandr Loran təhsilini bitirdikdən sonra Bakıya gəlir və burada, Bakı gimnaziyasında kimya müəllimi işləyir. Həmin dövrdə Bakı Çar Rusiyasının əsas neft mərkəzi idi. Lakin uğurlu neft hasilatı ilə yanaşı, Loran Bakıda işlədiyi müddətdə neft mədənlərində güclü və söndürülməsi çətin olan yanğınların şahidi olur. Bu hadisədən təsirlənən alim hər növ yanğınların qarşısını almaq üçün universal maddə yaratmağa qərar verir.

Deyilənə görə, Loran Xəzər dənizinin sahilində dayanaraq yanan neft gölməçələrinin dəniz köpükləri ilə söndürüldüyünü görür. 1902-1903-cü illərdə gimnaziya laboratoriyasında aparılan eksperimentlər nəticəsində o, süni dəniz köpüyünü hazırlayır. Rusiya hakimiyyəti Loranın ixtirasını yoxlamağa qərar verir. Neftlə dolu çəlləklər yandırılır və Loran tərəfindən yaradılan köpük yanan nefti 14 saniyəyə söndürür.

[Скоренко Т. Изобретено в России: История русской изобретательской мысли от Петра I до Николая II. -2017]

Loran 1906-cı ildə öz ixtirasını patentləşdirib və elə həmin il köpüklü yanğınsöndürmə cihazını yaradıb. Sonradan Sankt-Peterburqda o, yanğınsöndürən istehsal edən “Evrika” şirkətini açıb. Bu markanın yanğınsöndürənləri beynəlxalq sərgilərdə nümayiş etdirilmişdir və həm məişət, həm də sənaye obyektlərində yanğınların söndürülməsində ən effektiv vasitə kimi tanınmışdır. Bu cihaz minlərlə insanın həyatını xilas etmişdir.

[https://polytech.bm.digital/artefact/902495856600048552/pennyij-ognetushitel-pena-dlya-tusheniya-pozhara-komiks]

 

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR