Bakı metrosunda “Həzi Aslanov” – “Dərnəgül” marşrutu ilə hərəkət edən qatarda nasazlıq yaranıb. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 19 may tarixində xəbər verir.
Səhər saatlarında “Ulduz” stansiyasında metropoliten əməkdaşları sərnişinlərə müraciət edərək qatardan düşmələrini bildiriblər.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, nasazlıq səbəbindən “Ulduz” stansiyasında sərnişinlər düşürülüb, qatar depoya göndərilib:
“Onun əvəzinə xəttə yeni qatar verilib. Nəticədə, iki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb. Ehtiyat qatar xəttə verildiyindən, bu fərq qısa müddətdə aradan qaldırılacaq”.