TARİXİ XƏBƏRLƏR

Bir həftədir komada olan üç aylıq körpənin həyatı xilas edilib

Foto Oxu.az saytı

Təxminən bir həftə komada olan üç aylıq körpənin həyatını xilas etmək mümkün olub. Bu haqda bu gün, 19 may tarixində Oxu.az məlumat verib.

2 saylı Uşaq Kliniki Xəstəxanasının həkimləri üç aylıq uşağa ikitərəfli bronxopnevmoniya, ikitərəfli atelektaz və ağciyərin sağ tərəfə yerdəyişməsi diaqnozlarını qoyublar. Konvulsiv sindromlu körpə tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib və xüsusi nəzarətə götürülüb. Bu haqda məlumat Kliniki Tibbi Mərkəzin mətbuat xidməti verib.

Uşaq mayın 9-da süni nəfəs aparatına qoşulub və 6-7 gün ərzində zond vasitəsilə qida qəbul edib.

Həkimlərin səyi ilə körpə həyata qaytarılıb. Hazırda onun vəziyyəti tam stabilləşib. Uşaq reanimasiyadan çıxarılaraq patoloji şöbəyə köçürülüb.

Yayılan məlumatda həmçinin qeyd olunub ki, müayinə və müalicə ilə bağlı bütün xərclər icbari tibbi sığorta çərçivəsində qarşılanıb.

 

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR