TARİXİ XƏBƏRLƏR

Bu gün Binəqədi rayonunda hündürmərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından yeddi il ötür

Foto Bakuplus.az

19 may 2015-ci il səhər saatlarında (10:30) Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın baş vermişdir. Binanın yuxarı mərtəbələrində başlayan yanğın qısa zamanda başqa mərtəbələrə yayılmışdır. Hadisə nəticəsində dördü uşaq olmaqla 15 nəfər ölmüş, 64 nəfər isə yaralanmışdır.

Yanğının başlamasının səbəbi binanın üzərinə çəkilmiş penoplast üzlüklərin alışması idi.

Binada baş verən yanğın faktı ilə bağlı cinayət işi açılmışdır. Nəticədə binada fasadlanma işlərini aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov 3 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 illik azadlıqdan məhrum edilmişdir. Digər təqsirləndirilənlər – Uğur Bəşirov 5 il, Ələkbər Əsgərov, Qəzənfər Novruzov və Ədalət Rəcəbov hər biri 4 il, Nizami Orucov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Yanğın nəticəsində həlak olmuş 15 sakinin ailələrinə 15 min manat məbləğində maddi yardım odənilmişdir. Bundan əlavə, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə maddi yardım göstərilmişdir.

Yanğın nəticəsində həlak olmuş şəxslərin siyahısı:

  1. Məhərrəmova Fərəh Elnur qızı (3 yaş)
  2. Bağırov Sahib Rəhim oğlu (49 yaş)
  3. Bağırova Firəngiz Rəhim qızı (60 yaş)
  4. Şirinova Zülfiyyə Yavər qızı (43 yaş)
  5. Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş)
  6. Eyvazov Davud Hamir oğlu (16 yaş)
  7. Eyvazova Ülkər Hamir qızı (21 yaş)
  8. Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq)
  9. Kərimova Nazilə Malik qızı (39 yaş)
  10. Kərimova Ayan Anar qızı (5 yaş)
  11. Hüseynov Ayxan Şahin oğlu (2 yaş)
  12. Həsənova Alla Antonovna (58 yaş)
  13. Utuyevsil Yuri Vladimiroviç (67 yaş)
  14. Boykova Lyubov Viktorovna (87 yaş)
  15. Yəhyayeva Elmira Əliağa qızı (68 yaş).
Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR