TARİXİ XƏBƏRLƏR

Mərdəkan dendrarisinin direktoru faciəli şəkildə dünyasını dəyişib

Foto Report.az saytı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli qəzanın qurbanı olub. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 19 may tarixində xəbər verir.

Bu gün səhər saatlarında işlə bağlı Xızı rayonuna gedən Tofiq Məmmədov yolda istirahət etmək üçün avtomobilini saxlayıb və avtomobildən düşüb. Bu zaman həmin yolda iki avtomobil toqquşub və onlardan biri yoldan çıxaraq T. Məmmədovu vurub.

Xatırladaq ki, 65 yaşlı T.Məmmədov 1996-cı ildən Dendrologiya İnstitutuna direktor təyin edilmişdir.

2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə T.Məmmədov “Şöhrət” ordeni ilə təltif olunub.

Ailəli idi, 2 övladı var.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR