TARİXİ XƏBƏRLƏR

Nərimanov rayonunda 3 gənci avtomobil vurub

Depositphotos

Bakıda 3 gənci avtomobil vurub. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 19 may tarixində xəbər verir.

Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində taksi sürücüsü idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 21 yaşlı Orxan Mehdizadə, Rufan Məmmədov və 19 yaşlı Vaqif Müzəffərovu vurub.

Yaralılar ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alan hər üç şəxs Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR