Bu gün, mayın 19-u saat 23:00-dan etibarən Səməd Vurğun – Zərifə Əliyeva küçələrinin kəsişməsindən Neftçilər prospektinə qədər olan yolun bir hissəsi bağlanacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, bu, Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədardır.
Bakıda Formula 1 mərhələsi başa çatana qədər yolun bu hissəsi nəqliyyatın hərəkəti üçün bağlanacaq. Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində keçiriləcək.