Bu gün qəzaya uğrayan Bakı Dövlət Universitetinin tələbələrinin son vəziyyəti barədə açıqlama verilib. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 19 may tarixində xəbər verir.
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva bildirib ki, universitetin üç tələbəsi qəzaya düşüb:
“Onlar Sosial elmlər və psixologiya fakültəsinin tələbələridir. Sınıq xəsarətləri alıblar və hazırda evdədirlər”.
Qeyd edək ki, paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində taksi sürücüsü idarə etdiyi avtomobillə 3 gənci vurmuşdur.