Bakı Şəhər İcra Hakimiyyəti 21 may tarixində paytaxtda şəhərdaxili təmizlik günü keçirməyi planlaşdırır. Bu haqda qurumun mətbuat xidməti bu gün, 20 may tarixində məlumat yayıb.
Təmizlik zamanı prospekt və küçələrin, səkilərin, bordürlərin, işıq dirəklərinin, vitrinlərin, köşklərin, dayanacaqların təmizlənməsi, eləcə də binaların fasadlarının təmizlənməsi, zədələnmiş ağacların kəsilməsi, həyətyanı və məhəllələrin təmizlənməsi və abadlaşdırılması işləri aparılacaq.
Bakı Şəhər İcra Hakimiyyəti sahibkarlara və özəl sektor işçilərinə müraciət edərək öz ticarət obyektlərinin, iaşə obyektlərinin fasadlarında və vitrinlərində təmizlik və səliqə-sahman aparmağa çağırır.