Bakının Sabunçu rayonu, Q.Vəzirov küçəsində itkin düşən üç uşaq tapılıb. Bu haqda bu gün, 20 may tarixində Oxu.az məlumat verib.

Hadisə mayın 17-si baş verib. 7, 10 və 14 yaşlı qızlar evdən oynamaq üçün həyətə çıxaraq geri qayıtmayıblar. Bununla bağlı onların anası 12-ci polis bölməsinə müraciət edib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər üç qız tapılaraq ailəsinə təhvil verilib. Faktla bağlı araşdırmalar davam edir.