Ekologiya və Təbii Sərvətlər Nazirliyi tikinti şirkətlərinə şərt qoyur. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Belə ki, yeni binaların inşası zamanı ərazinin 25 faizi yaşıllıqla əhatə olunmalıdır.
“Dünya təcrübəsində binalara 33 faiz yaşıllıq olması tələbi qoyulur. Bakıdakı tikililər də bu tələblərə uyğunlaşdırılmalıdır”, – deyə Dövlət Ekspertiza Agentliyinin rəisi Mirsalam Qəmbərov bildirib.
Həmçinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti rəisinin sözlərinə görə, bəzi ağacların köçürülməsi mümkün deyil, ancaq bəzi şirkətlər köçürmə adı altında ağacı çıxarır və məhv edir.
Tikinti şirkətlərindən birinin nümayəndəsi isə bildirib ki, tikinti ərazisindən götürülən 60-70 ağacın əvəzinə 200 ağacın əkilməsi nəzərdə tutulur.