Bakıdan olan gənc ən güclü yaddaşa sahib olanlar sırasındadır. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az sözügedən şəxsə istinadən xəbər verir.

Orxan İbadov Almaniyanın Hassfurt şəhərində “Memory XL” adlı çempionatda birinci olub.

O, 15 dəqiqəyə 860 rəqəmi, 5 dəqiqəyə 849 “binary” rəqəmlərini (0101), 5 dəqiqəyə 100 sözü, 32 saniyəyə bir paket poker kartını, 10 dəqiqəyə isə 7 paket poker kartını sıra ilə yadda saxlamağı bacarıb.

“Memory League” saytının məlumatına görə, Orxan İbadov dünya üzrə ən yaxşı yaddaşa sahib olanlar arasında 16-cı yerdədir.