“TeknoFest”lə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
26-29 may tarixlərində “28 May”, “Sahil”, “İçərişəhər” və “Nizami” stansiyalarında sıxlıq olan saatlarda müvafiq olaraq ehtiyat qatarları xəttə buraxılacaq.
Həmçinin könüllülər metropolitençilərlə birlikdə sərnişinlərə gediş haqqının ödənilməsi, istiqamət və səmtin müəyyənləşdirilməsi, habelə digər faydalı məlumatların verilməsini təmin edəcəklər.