Paytaxtın Nəsimi rayonunda yerləşən obyektlərin birində mis naqillərini kəsərək oğurlayan şəxs mühafizə polisləri tərəfindən saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 27 may tarixində xəbər verir.

Nəsimi rayonunda yerləşən obyektlərdən birindən elektrik naqillərini oğurlayıb qaçmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Asif Əbdürrəhmanov saxlanılaraq ərazi üzrə 19-cu Polis Şöbəsinə təhvil verilib.

Foto Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin youtube səhifəsi

Faktla bağlı araşdırmalar davam etdirilir.

Foto Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin youtube səhifəsi