Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı, Milli Qəhrəman Təbriz Xəlilbəylinin anası Firəngiz Ulutürk vəfat edib. Bu barədə Report mərhumun yaxınlarına istinadən məlumat verib.

Onun bu gün səhər saatlarında 89 yaşında dünyasını dəyişdiyi bildirilir. Dəfn mərasimi bu gün Badamdar qəbiristanlığında baş tutacaq.