10 nömrəli uşaq musiqi məktəbinin şagirdi “DIGI-FORM-ART” Beynəlxalq müsabiqəsinin birincisi olub. Bu haqda 30 may tarixində Bakuplus.az Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə istinadən xəbər verir.

Sabunçu rayonu, 10 nömrəli uşaq musiqi məktəbinin Nəfəsli alətlər şöbəsinin klarnet ixtisası üzrə II sinif şagirdi Nəriman Məhəmmədov Polşada keçirilən “DIGI-FORM-ART” Beynəlxalq Yaz Festivalında iştirak  edərək, I yeri qazanıb və “laureat” adına layiq görülüb.

Nəriman Məhəmmədovun müəllimi Ruslan Məhəmmədovdur.