Bakı şəhər Dövlət Yol Polisinin əməkdaşı çempion olub. Bu haqda 30 may tarixində Bakuplus.az DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin Facebook səhifəsinə istinadən xəbər verir.

Nicat Əliyev Özbəkistanın Daşkənd şəhərində keçirilən universal döyüş idman növü üzrə turnirin qalibi olub və 6-cı dəfə dünya çempionu titulunu qazanıb. Amerikalı Cesse Smiti məğlub edən Nicat qələbəni şəhidlərə həsr edib.

Əməkdar idman ustası Əliyev Nicat İlqar oğlu universal döyüş idman növü üzrə 6 qat dünya çempionu, 6 qat Avropa çempionu, dünya oyunlarının qalibi, Asiya kəmərinin sahibi, dünya kubokunun qalibidir.

Foto Elşad Hacıyevin rəsmi Facebook səhifəsi
Foto Elşad Hacıyevin rəsmi Facebook səhifəsi
Foto Elşad Hacıyevin rəsmi Facebook səhifəsi
Foto Elşad Hacıyevin rəsmi Facebook səhifəsi Foto Elşad Hacıyevin rəsmi Facebook səhifəsi Foto Elşad Hacıyevin rəsmi Facebook səhifəsi