Bakı Metropoliteni yay rejiminə keçir. Bu haqda bu gün, 30 may tarixində Bakuplus.az Xəzər Xəbər -ə istinadən məlumat verir.

Havanın isti olan vaxtlarında metropolitendə hava çatışmazlığı yaranır. Əsasən bu hallar pik saatlarında hiss olunur.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Hacıyev bildirir ki, bu cür hallar əsasən köhnə qatarlarda müşayiət olunur. Yeni qatarlarda kondisionerlər mövcuddur və əgər vaqonlarda bürkü olarsa və ya sərnişinlər özlərini pis hiss edərlərsə, “maşınist” ilə əlaqə saxlamaq olar.

Həmçinin o, 1 iyun tarixindən metropolitenin ventilyatorlarının yay rejiminə keçəcəyəni əlavə edib.