Səbail Rayon İcra Hakimiyyətinin başçısı sakinlərin müraciətlərini dinləyəcək. Bu haqda 31 may tarixində Bakuplus.az məlumat verir.

İyunun 1-də saat 11:00-da 20-ci yaşayış sahəsi, Arif İsmayılov küçəsində yerləşən “Fəhlə əlləri” parkında Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sakinlərlə səyyar görüş-qəbulu keçiriləcək.

Səyyar qəbulda iştirak etmək istəyən vətəndaşlar 012 493 82 47 nömrəsi ilə əlaqə saxlaya və ya elektron qaydada müraciət edib (http://sabail-ih.gov.az/qebul.php) qəbula yazıla bilərlər.