Bakıda Pakistan istehsalı olan filmin premyerası keçirilib. Bu haqda 2 iyun tarixində Report-a istinadən xəbər verir.

Pakistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Gənclik Mall”-da “Dum Mastam” (“Sevgiylə məst olmuş”) filminin premyerası baş tutub. Tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye və Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva iştirak ediblər.

“Dum Mastam” iki pakistanlı gəncin sevgisindən bəhs edir. Filmdə insan dəyərlərinə və sosial problemlərə toxunulur.