Teymur Rəcəbov dünyanın ən güclü turnirlərindən birində çıxış edir. Bu haqda bu gün, 2 iyun tarixində Bakuplus.az “Norway Chess”-in rəsmi saytına istinadən xəbər verir.

Müsabiqənin ikinci turunda bakılı qrossmeyster Norveçdən olan Aryan Tari ilə qarşılaşıb. Şahmatçı turu 1 heç-heçə və 1 qələbə ilə bitirib.

Hazırda Teymur Rəcəbov 10 yarışcı arasında 8-ci yerdə qərarlaşıb.

“Norway Chess” dünyanın ən güclü şahmatçıları arasında keçirilən beynəlxalq turnirdir. Burada 10 qrossmeyster 451.000 manat uğrunda mübarizə aparır.