Bakıda “Azərbaycan fotoqrafiyasının dünya miqyasına çıxışı” mövzusunda panel müzakirə keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 2 iyun tarixində xəbər verir.
4 iyun, saat 15:00-da Muzey Günü çərçivəsində panel iştirakçıları Azərbaycanda fotoqrafiya sənətinin hazırkı vəziyyəti, hansı istiqamətə yönəldiyini və institutlaşması barədə diskussiya aparacaqlar.
Tədbirdə iştirak edəcək fotoqraflar:
- Mirnaib Həsənoğlu;
- Sevinc Aslanova;
- Eltac Zeynalov;
- F37 Fotoqrafiya birliyi (Emin Mathers).
YARAT Mərkəzində təşkil olunacaq tədbirdə iştirak tamamilə ödənişsiz və qeydiyyatsızdır, sadəcə qeyd olunan vaxtda gəlmək kifayət edir.