Narkotik vasitənin təsiri altında avtomobil idarə edən paytaxt sakini saxlanılıb. Bu haqda 6 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Masallı rayonu ərazisində iyunun 4-də Bakı şəhər sakini Nəcəf Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobil saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etdiyi müəyyən edilib və barəsində inzibati protokol tərtib olunub.

Masallı rayon Məhkəməsinin qərarı ilə Məmmədov 5 gün müddətinə inzibati qaydada həbs olunub.