Bakı sakinləri tanınmış şair Mikayıl Müşfiqin vaxtilə yaşadığı evin bərpasına köməklik göstərilməsi xahişi ilə Mədəniyyət Nazirliyinə müraciət ediblər, lakin mənfi cavab alıblar. Bu haqda bu gün, 6 iyun tarixində APA məlumat verib.

Verilən məlumata əsasən, nazirlik bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Lakin qurum cavab olaraq bildirib ki, 2-ci Nərimanov prospekti döngəsində yerləşən ev sürüşmə təhlükəli ərazidə yerləşir.

Həmçinin qeyd olunub ki, sürüşmə zonasında bir sıra yaşayış və qeyri-yaşayış sahələri sökülməkdədir. Bu səbəbdən sözügedən ərazidə muzeyin yaradılması və ya abidənin qoyulması məqsədəuyğun hesab edilmir.

Daha öncə, sosial şəbəkələrdə Mikayıl Müşfiqin doğulduğu evin yerləşdiyi ərazinin fotoşəkilləri yayılmış və bu ərazidə lövhə quraşdırılmışdır.